Əziz dostlar!
Daşkəsən Rayon İcra Hakimiyyətinin
Başçısı olaraq sizi Daşkəsən rayonunun ilk rəsmi internet saytında
salamlayır və vaxt ayırıb saytımızı ziyarət etdiyiniz üçün sizə
təşəkkür edirəm.
Zənnimcə,Daşkəsən rayonunun
Azərbaycanın ən dilbər guşələrindən biri olduğunu söyləsəm səhv
etmərəm və ümid edirəm ki,internet saytımızdakı məlumatlarla tanış
olsanız siz də mənimlə razılaşarsınız .Bu saytda siz Daşkəsən rayonunun
tarixi,mədəniyyəti,adət-ənənələri,faydalı qazıntıları və eləcə də
iqtisadiyyatı,investisiya və turizm imkanları, kənd təsərrüfatı,flora
və faunası,rayonumuzun perspektiv inkişaf planları və həmçinin rayonumuzda
baş verən ən son xəbərlər ilə bağlı informasiya əldə edə bilərsiniz.Diqqətinizə
çatdırım ki,saytdakı məlumatlar hər gün yenilənəcək,rayonumuzun
gündəlik həyatı ilə bağlı sizə ən son məlumatları verəcəyik.
Ümidvaram ki, “Azərbaycanın Uralı”
sayılan Daşkəsəni virtual olaraq ziyarət etmək sizə zövq verəcək
və maraqlandığınız məlumatları daha asan əldə edə biləcəksiniz,çünki
Daşkəsən indi sizə daha çox yaxındır.
Hörmətlə,
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı
Tahir Abuzər oğlu Kərimov
Ünvanımız:
AZ 1600,Azərbaycan
Respublikası,Daşkəsən şəhəri
Daşkəsən Rayon İcra Hakimiyyəti
Heydər Əliyev meydanı 2.
Telefon : (+ 994 216) 5-52-59
Faks : (+ 994 216) 5-48-47
http://dashkesan.az.iatp.net
E-mail :dashkesan_rih@hotmail.com
|